29 Aprel 2021 19:51
27 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Guya Bayden bir ağıllı iş görmək istədi. Əslində Baydeni buna təhrik edən I vitse-prezident Kamala Harrisdir. Kaliforniya erməniləri onu inandırıblar ki, biz sizinlə eyni kökdənik. Bayden isə psixoloji cəhətdən xəstədir. Həm altsheymer xəstəliyi var, həm də şizofrendir. Adam öz nəvələrinin adlarını qarışdırır”.

Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- İsrail Xarici İşlər naziri Qabi Aşkenazi bildirib ki, Azərbaycan ölkəsində səfirlik aça bilər. Sizcə, Azərbaycan uzun illərdir gözlənilən bu addımı atacaqmı, mövcud situasiya buna uyğundurmu?

- Artıq Azərbaycan İsraildə səfirlik açmalıdır. Çünki İsrail 44 günlük müharibədə Azərbaycanın yanında oldu. İndi də Azərbaycandakı İsrail şirkətləri Qarabağın bərpasında böyük rol oynayırlar. Eyni zamanda İsraildən alınan müasir silahlar müharibədə Azərbaycanın qələbəsinin təminatında kifayət qədər rol oynadı. Azərbaycandakı ən böyük diasporlardan biri, yəhudi diasporudur. Yəhudilər həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində bizimlə birlikdə döyüşüblər, bu torpaqlar üçün vuruşublar. Yəni onlar ayrı-seçkilik salmadılar.

Mənə elə gəlir ki, Azərbaycan prezidenti tezliklə bununla bağlı qərar verəcək. İsraildə səfirlik açılmalıdır, bu, bizə lazımdır. Bilirsiniz ki, İsrail dünyada həm maliyyə, həm də media resurslarına görə güclü dövlətdir. Belə bir güclü ölkənin də bizim yanımızda olması hər kəsə aydındır. Biz qərar verərkən öz maraqlarımızdan çıxış etməliyik. Çörçill də deyirdi ki, bizim daimi dostlarımız yox, daimi maraqlarımız var. Niyə də bizim İsrail kimi bir dostumuz olmasın?! Yəqin ki, tezliklə İsraildə Azərbaycan səfirliyi açılacaq.

- Bəs ABŞ Prezidenti Co Baydenin “soyqırımı” açıqlamasının Qarabağdakı müharibədən sonra bölgədə yaranmış yeni reallıqlarla əlaqəsi varmı?

- Guya Bayden bir ağıllı iş görmək istədi. Əslində Baydeni buna təhrik edən I vitse-prezident Kamala Harrisdir. Kaliforniya erməniləri onu inandırıblar ki, biz sizinlə eyni kökdənik. Bayden isə psixoloji cəhətdən xəstədir. Həm altsheymer xəstəliyi var, həm də şizofrendir. Adam öz nəvələrinin adlarını qarışdırır.

Əslində bu, siyasi layihədir. Ermənilərin tarixdə heç vaxt dövləti olmayıb, kilsə dövlət statusunda çıxış edib. Qarabağdakı məğlubiyyətdən sonra kilsənin ianələri sürətlə azalmağa başlayıb. Erməni saytları da açıq şəkildə yazır ki, artıq kilsələr dilənirlər. Kilsələr həmişə erməniləri məcbur edirdilər ki, pul ödəsinlər. Amma Azərbaycan ordusu bu mifi dağıtdı, artıq ermənilər pul ödəmək istəmirlər. Buna görə də, kilsəyə yeni “biznes layihəsi” lazım idi ki, yenidən ianə yığa bilsinlər. Ermənilər bu sözü Baydenə dedirtmək üçün kifayət qədər pul xərclədilər. Amma bu sözün heç bir siyasi və hüquqi gücü yoxdur. İkincisi, bu, ABŞ üçün başucalığı gətirmədi, əksinə biabırçılıqdır. Reyqanın köməkçisi Bryus Feyn açıq şəkildə bildirir ki, əgər arxivlər açılsa, ermənilər türklərdən üzr istəyəcəklər. Çünki o dönəmdə soyqırımına ermənilər yox, türklər məruz qalıb.

Hələ qərbli tarixçilər 1926-cı ildə məsələni gündəmdə müzakirə edib bildirmişdilər ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Osmanlı İmperiyasında 800 min erməni yaşayıb. Necə olur ki, bunun 1.5 milyonu qırılır? Eyni zamanda, həmin dönəmdə Osmanlıda yaşayan ermənilərin 300 mini Avropa və Amerikaya köçmüşdü. Yəni belə bir soyqırımının baş verməsi mümkün deyildi. Osmanlı ordusunda 17 erməni kökənli general xidmət edirdi. O cümlədən, Əbdülhəmidin xala və dayısı uşaqları da onların sırasında idi. Bundan başqa, ermənilərin Osmanlı ordusunda 1365 yüksək, 1700 də aşağı rütbəli zabit heyəti və 7780 nəfər də əsgəri vardı. Yəni 9 minlik ordusu olan bir xalqı necə soyqırımına məruz qoymaq olardı? Eləcə də, Osmanlı parlamentində 14 erməni olub. Osmanlının xarici işlər naziri, maliyyə naziri və baş prokruroru da erməniydi. Necə oldu ki, onlar Versal sülhünə qədər dayanıb, bundan sonra birdən-birə ayılıb dedilər ki, bizi qırıblar. Çünki bu məsələni ABŞ qaldırmışdı. ABŞ-ın bir başqa xəyanəti də, Zəngəzurun ermənilərə verilməsi idi. Zəngəzur Ceyms Reyn adlı bir amerikalı polkovnikin əliylə ermənilərə verilib. Buna Azərbaycanı məcbur ediblər.

ABŞ həmişə ikili standartlarla xəyanət siyasəti yürüdüb. Artıq dünyaya “demokratiya dərsi” keçən ABŞ son iki prezident seçkisinə görə saxtakarlıqda ittiham olunur və bununla bağlı sənədlər ortaya çıxırsa, onlar nədən danışa bilərlər?! Amerikalılar gedib, ilk növbədə, prezident seçməyi öyrənsinlər, sonra özlərinin törətdikləri vəhşiliklərə baxsınlar. Təkcə ABŞ ərazisində 15 milyondan çox hindu, aztek və ink soyqırıma məruz qalıb. Hələ onların başqa ölkələrdə işlədikləri cinayətlərdən danışmıram. 2003-cü ildə İraqda 1.5 milyondan çox müsəlman öldürüblər. İndi onlar hansı soyqırımdan danışa bilərlər? Bu dövlət özünə hörmət etməyən bir adamı hakimiyyətə gətirdi. Bayden bununla Amerika imperializminin çöküşünün başlanğıcını qoydu. Baydenin Trampdan sonra hakimiyyətə gəlməsi, nəinki Amerikanın dünyadakı hegemoniyasına son qoyacaq, eləcə də ABŞ dövlətinin dağılmasına gətirib çıxaracaq. Ermənilər oranı da dağıdacaqlar. Artıq dörd ştat Amerikadan qopmaq istəyir.

- Ermənistandan olan ekspertlərin iddiasına görə, Bayden bu açıqlamasının qarşılığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana vəd verib. Sizcə, bu iddia nə qədər məntiqlidir?

- Yalan deyirlər. Ərdoğanın Baydenin bu açıqlamasına reaksiyası kifayət qədər sərt oldu. Bayden telefonda danışanda Ərdoğana bildirdi ki, “soyqırımı” ifadəsini işlədəcək. Ərdoğanın özü də bunu etiraf etdi. Amma Türkiyə buna əvvəlcədən hazır idi.

ABŞ-ın bu addımı Rusiya və Türkiyəni bir-birinə bir qədər də yaxınlaşdıracaq. Eyni zamanda, Baydenin bu açıqlamasının Azərbaycan üçün də faydaları olacaq. Fikir verin ki, dünəndən Xankəndindəki erməni silahlı qüvvələrinin çıxarılması başlanılıb. Ermənilər özlərini “öldürürlər”. Yəni dünəndən Qarabağdakı minlərlə erməni silahlısının çıxarılmasına başlanılıb.

Baydenin bu açıqlaması onlar üçün çox baha başa gələcək. Ermənilər elə bilirlər ki, ağıllı iş görüblər. Ermənilər həmişə təxribatçı, onun-bunun əlində dəyənək olublar. Bu gün də böyük güclərin əllərində həmin alət kimi istifadə edilirlər.


Müəllif: Mənsur Rəğbətoğlu