2 May 2021 10:50
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi doğum günü ilə əlaqədar ADA Universitetinin rektoru Hafiz Paşayevi təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-nin tvitter səhifəsində məlumat yer alıb.

“Bu gün ADA Universitetinin rektoru, səfir, professor Hafiz Paşayev 80 yaşını qeyd edir!

Azərbaycan elmində, diplomatiyasında, təhsilində əvəzolunmaz yeri olan Hafiz müəllimi ürəkdən təbrik edir və ən xoş arzularımızı ona çatdırırıq!”-deyə, məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər