“Koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycan gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahüridir”.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Ümid edirəm ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan və Rusiya pandemiya qarşı mübarizədə müvəfəqiyyətli olacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib”-deyə, nazir müavini deyib.