4 May 2021 11:53
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda devalvasiyaya heç bir əsas yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı iqtisadçı deputat Əli Məsimli deyib.

O bildirib ki, hazırda Azərbaycan milli valyutasına təsir edən iki element müsbət istiqamətdədir:

"Bunlar neftin qiyməti və makroiqtisadi göstəricilərdir. Hər iki element devalvasiyaya əsas olmadığını ortaya qoyur. Eyni zamanda büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manat məzənnəsində çox müsbətdir. Başqa sözlə, dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən 33 faiz bahadır”.

İqtisadçı qeyd edib ki, kommersiya bankları bu günlər dolların satışına məhdudiyyət tətbiq edir:

“Bunu da çirkli pullların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Hesab edirəm ki, qanunvericilikdə çirkli pulların yuyulmasını önləmək üçün kifayət qədər tədbirlər var. Mərkəzi Bank kommersiya banklarının bu addımı ilə bağlı tutarlı açıqlama verməlidir".


Müəllif: Nemət

Oxşar xəbərlər