Ölkədə 970 dini qurum qeydiyyatdan keçib. Azərbaycanda isə 2463 məscid var. Qanunla hər bir məsciddə icma olmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə müzakirə olunan “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərlə bağlı çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.
Azərbaycanda 765 pir olduğunu xatırladan komitə sədri onların qeydiyyat məsələsində problemlər olduğunu nəzərə çatdırıb. Onun fikrincə, bu problemi həll etmək üçün işlər həyata keçirilməlidir.