5 May 2021 20:39
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarının ən azı bir neçəsini hələ də yerinə yetirməyib. Bunlar orada yerləşən hərbi qüvvələrin çıxarılması, həmçinin beynəlxalq qurumların egidası altında, konkret olaraq BMT-nin Qaçqınlar üzrə Komissarlığının vasitəsi ilə azərbaycanlı köçkünlərin bu ərazilərdə yerləşməsi ilə bağlıdır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası kimi məsələlər həll edilməli idi. Rəsmi İrəvanın yürütdüyü siyasətin yanlışları, yaxud bir sıra hallarda daxildəki hakimiyyət uğrunda mübarizənin elementlərinin dövlətlərarası münasibətlərə qatılması sadaladığımız nəticələri doğurub.

Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, "faktiki olaraq Qarabağ münaqişəsi yoxdur" sözünü Azərbaycan dövləti rəsmi olaraq bəyan edirsə, bu, indi Ermənistan-Azərbaycan münasibətləri mövcuddur anlamına gəlir: “Belə olan şəraitdə Azərbaycan maksimum dərəcədə Ermənistan tərəfinə bu tələblərin yerinə yetirilməsi üçün açıq və o cümlədən digər iqtisadi, sosial, humanitar vasitələrlə mesajlarını verməkdədir. Faktiki olaraq ötən gün atılan addım bunun nümunələrindən biridir. Haqlı olaraq vurğulanır ki, son aylar ərzində bütün dünya erməniçiliyi, eləcə də İrəvan hökuməti və onlara yardımçı olan qüvvələr, dairələrlə sistemli olaraq həmin terrorçuların “hərbi əsir” kimi tövsib edilərək Azərbaycana qarşı təzyiq etməyə çalışılır. Burada da niyyət başa düşüləndir. Onların məqsədi ondan ibarətdir ki, Azərbaycan özünün haqlı və qalib mövqeyindən geri çəkilsin. Hansısa xarici dövlətlərə və təşkilatlara siyasi, diplomatik meydan açılsın və onlara fəaliyyət sahəsi yaransın, onlar da bununla real iş imkanı qazansınlar. Amma demək mümkünsə, bu sadə bir insan üçün açılan iş yeri deyil. Dövlətlər bu məkanda, meydanda özləri geopolitika yaradırlar. İqtisadiyyatlardan qopardıqları milyardlar əldə edilir”.

Deputat hesab edir ki, 3 erməni hərbçinin geri dönüşü ilə bağlı Azərbaycan dövlətinin iradə göstərməsi beynəlxalq dairələrlə aparılan danışıqlara verilən önəmdir: “Yəni ölkəmiz bu davranışları qəbul edir ki, hansısa tərəflər burada zəmanət verirlər. Onlar çalışırlar ki, qarşıdakı dövr ərzində həll yolları davam etdirilsin. Hərbi meydanda şəraiti büsbütün görməzdən gəlmək, sanki bu savaş olmayıbmış kimi Ermənistan üçün yeni bir siyasi perspektiv formalaşdırmaq baş verməyəcək. Bu real deyil. İndi "Zəngəzura fransız qoşunları gəlib yerləşsin" deyə çağırışları kimsə edə bilər. Hətta erməni elitası, onların tanınmış simaları və xaricdəki nümayəndələri bu hərəkəta, kampaniyaya daha çox qoşulurlar. Qarabağın “tanınması” ilə bağlı aksiyalarda, səngərdə, döyüş meydanlarındakı vəziyyət onların xeyrinə dəyişəsi də deyil. Yəni hərbdə uduzub siyasətdə qalib gəlmək qeyri-realdır. Ona görə də, Azərbaycanın atdığı addım dünyaya verilən bir mesajdır. Azərbaycan tərəfi bir daha söyləyir ki, onlar terrorçu halında belə müəyyən hüquqlara malikdir. Azərbaycan qəti şəkildə insan amilini, hümanitar məsələni hərbi, təhlükəsizlik və yaxud da ki, başqa bir beynəlxalq silaha çevirmir. 4 minə qədər azərbaycanlı əsirin üzərində erməni tərəfi nəinki uzun müddət təhlükəsizlik manipulyasiyaları aparıb. Eləcə də, onları səhiyyənin labarator alətinə çevirib. Üzərlərində qeyri-insanı cinayətlər həyta keçirilib. Vaxtilə faşistlər insanlar üzərində belə iyrənc tədqiqatlar aparıblar. Bu bəşəri normalara tamamilə zidd olan addımlardır. Amma ermənilər bunu edib. Faktiki olaraq 4 min azərbaycanlının harada yerləşməsi, mövcudluğu ilə bağlı yetərli raportları Azərbaycana təqdim edə bilmirlər”.

Zahid Orucun fikrincə, Azərbaycanın erməni tərəfinin təbirincə söyləsək, əsirlər və yaxud abidələrə qarşı dırnaqarası qədarlığından danışan, bəhs edən çoxlu qüvvələr var: “Amma sanki Ağdam mövcud deyil. Zəngilan, Qubadlı, Cəbrayılın torpaqla bir edilməsi min illik maddi-mədəniyyət sərvətlərinin məhv edilməsi sanki baş verməyib. Buna münasibət yoxdur. Onlara aid olmayan bir məsələdən bəhs olunmur. Bu necə ola bilər ki…? Faktiki olaraq Azərbaycan bu məsələdə cənab Prezidentin sözləri ilə desək beynəlxalq davasını sistemli olaraq bundan sonrakı dövrdə aparmaqda davam edəcək. Ona görə də, informasiya vasitələrində yayılan o mövqelər qəti şəkildə ermənilərin iddia etdiyi kimi Azərbaycana təzyiqin nəticəsi deyil. Azərbaycan bu addımı atmaqla heç də yenə hərbiçiləri gətirin orada yerləşdirin, səngərdən əleyhimizə fəaliyyət aparsınlar. Orada xidmət keçəcəklər kimi hallar olmayacaq. Xankəndində, Xocalıda və digər ərazilərdə Azərbaycan əsgəri xidmət edəcək. Azərbaycanın konstitusiyasını, ərazi bütövlüyünü, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan hərbi cinayətlərdə yer almayan insanlar bütün başqa etnik zümrələr kimi yaşamaq haqqını əldə edəcəklər. Bu yalnız ermənilərə aid olan bir məsələ deyil. Burada ruslar, ukraynalılar ötən yüz ilin demokrafik statistik nəticələrində yer alan şəxslər də yaşayacaqlar. Ona görə də, Azərbaycanın yanaşması keçərlidir. Bu Ermənistan tərəfinin qeyd olunan istiqamətdə addım atmağa vadar edəcək və bunun nətəciləri də mütləq ki, olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər