5 May 2021 19:18
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə David Qareci məsələsini də müzakirə etdik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə məsələ ilə bağlı dialoqun davam etdirilməsi və sürətləndirilməsi barədə razılıq əldə olunub: “Sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya tezliklə fəaliyyətini davam etdirəcək”.

İ.Qaribaşvili komissiyanın növbəti toplantısının tarixinin daha sonra məlum olacağını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər