6 May 2021 15:57
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ATƏT-in Minsk qrupunun hansısa bir fəaliyyət istiqamətində yenidən gündəmə gəlməsi haqlı suallar yaradır. Azərbaycan xalqı ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti dövründə münaqişə ilə bağlı heç real addımının şahidi olmayıb. Dövlətimiz öz gücünə 30 illik işğala son qoyub. BMT-nin və digər təşkilatların münaqişə ilə bağlı qərarlarını icra edib. Artıq Dağlıq Qarabağ münaqişəsi adlanan bir anlayış qalmayıb. Bu münaqişə tarixə qovuşub. Belə olan halda Minsk qrupunun yenidən hansısa formatda mövqeyi birmənalı qarşılanır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili xatırladıb ki, artıq BMT-nin qətnamələri icra olunub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib:

“Belə olan halda Minsk qrupunun bu məsələyə köhnə düşüncə ilə yanaşması yolverilməzdir. Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Yeni reallıqlar eyni zamanda bölgədə uzunmüddətli sülhün təminatına əsaslanır. Atılan addımlar regionda sülhə, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib. İndi çox kövrək olan sülhə hər hansı bir müdaxilənin edilməsi yolverilməzdir”.

Cavid Osmanova görə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas yoxdur: “Artıq Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən 10 noyabr tarixli üçtərəfli bəyanat imzalanıb. İndiki vəziyyətdə Minsk qrupu yalnız bu bəyanata uyğun olaraq bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə çalışa bilər. Eyni zamanda Minsk qrupu 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsinə mümkün dəstəyini göstərməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər