18 May 2021 13:10
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də Milli Məclisin inzibati binasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Teleqraf.com-un məlumatına görə, işçi qrupun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışıb.

Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur:

"Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil.

Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir".

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir.

Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım xüsusilə parlamentlərarası əlaqələrin uğurlarından danışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər