20 May 2021 13:03
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkələrin gələcək iqtisadi təminatları innovasiyaların hansı səviyyədə tətbiq olunmasından asılı olacaq. Çünki iqtisadiyyatların müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün mövcud potensial - torpaq, su, xammal bazası məhdudlaşır. Ona görə də, hansı ölkə mövcud potensialdan daha səmərəli istifadə edərsə, iqtisadi əsaslarını təmin edə biləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bir vaxtlar kənd təsərrüfatı məhsulların əkilməsi və çox məhsulun istehsal edilməsi üçün əkin sahələrinin əhatəsi geniş götürülürdü: “Son illərdə isə əkinə yararlı torpaq ehtiyyatları tükənib. Bu səbəbdən də məhsuldarlığı daha çox müasir innovasiyalar tətbiq etməklə artırmaq hədəflənib. İntesiv üsullarla becərmə az torpaq sahəsində yüksək məhsuldarlığa imkan yaradır. Həmçinin yaşayış məntəqələrinin rəqəmsallaşdırılması həyat şəraitini müasirləşdirir. Bu da yeni bir mədəni həyatın formalaşmasına yol açır”.

Millət vəkili hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” layihələri müasir inkişaf meyillərini bir qədər də qabaqlayır: “Cəmiyyətin gələcəyi yüksək texnologiyaların üzərində formalaşıb”.

Azər Badamova görə, azad olunmuş ərazilərdə icra olunan layihələrin kompleksi dünyada tətbiq edilən yeniliklərdən olacaq: “Ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin ayrı-ayrı komponenetlərin icra olunduğu ölkələr var. Amma bütöv şəkildə “ağıllı” yaşayış konsepsiyasını formalaşdırmış ölkələr bəlkə də yoxdur. Azərbaycan müasir innovasiyalara əsaslanmış “ağıllı” konsepsiyaları Qarabağ torpaqlarında sınaqdan keçirəcək. Layihənin effektivliyi nəzərə alınaraq bundan sonra bütün ölkə ərazisində tətbiqi də mümkün ola bilər. Dünyada ərzaq təhlükəsizliyinin real olduğu şəraitdə istehsalatda müasir texnologiyaların tətbiqi mühüm amildir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər