Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla Mixail Mişustin arasında danışıqlar başlayıb.
Teleqraf.com xəbər verir ki, görüş əsnasında Baş nazir Ə.Əsədov bildirib:
“Xalqlarımız arasında əsrlərlə əməkdaşlıq və qarşılıqlı anlaşma telləri bərqərar olub. Azərbaycanda Rusiya ilə münasibətlərə çox dəyər verirlər. Bu münasibətlər prezidentlərimizin fərdi töhfələri və siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib və uğurla inkişaf edir”.
Baş nazir rusiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.