20 May 2021 21:08
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanla Ermənistan arasında barışığın təmin olunmasında mühüm rol oynaya bilər. Bu mərkəzin dialoq və sülhün, mədəniyyətlərarası və dinlərarası münasibətlərin, əməkdaşlığın, tolerantlığın təşviqi baxımından zəngin təcrübəsi var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var.

Azərbaycan Prezidenti deyib: “Münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər