21 May 2021 13:41
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Emin Əmrullayev Türkiyədə Maarif Fondunun rəhbəri Birol Akgünlə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Maarif Fondunun rəsmiləri iştirak edib.

Görüş zamanı Təhsil Nazirliyi ilə Maarif Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.

Protokol iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviqini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Maarif Fondunun tərkibinə 67 ölkədə fəaliyyət göstər 357 tədris müəssisəsi və 1 universitet daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər