Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihə haqqında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Akademik deyib ki, qanunun 16.4 maddəsinə dəyişiklik təklif olunur:
“Bu dəyişiklik müştərək maliyyəyə aid hissələrlə bağlıdır. Hesab edirəm ki, bu dəyişiklik tibbi xidmət üçün müraciət edən insanların dəstəklənməsinə xidmət edəcək”.
Qanun layihəsi müzakirəsiz qəbul edilib.