“KTMT-nin qapıları Azərbaycan da daxil olmaqla hamı üçün açıq olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin (Sergey Lavrov) müavini Andrey Rudenko “İzvestiya” qəzetinə verdiyi müsahibədə deyib.
Rudenko Azərbaycanın KTMT və Avrasiya Birliyinə üzvlüyü məsələsi ilə bağlı suala belə cavab verib:
“Üzvlüyü məhdudlaşdıra biləcək yeganə amil, təşkilatın nizamnaməsinin müəyyən müddəalarıdır, buna görə KTMT-də iştirak etmək üçün üzvləri arasında diplomatik münasibətlərin olması zəruridir. Azərbaycanla Ermənistan arasında hələ belə bir münasibət yoxdur. Qurulduqda ümid edirik ki, bu, gec-tez bu baş verəcək - o zaman bu məsələ də bu və ya digər şəkildə praktik bir müstəviyə qoyula bilər”.