24 May 2021 16:04
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bu regionda kəskin dəyişikliklər oldu. Yaranmış vəziyyət yeni yanaşmalar tələb edir. Bundan sonra regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açılıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişib:

“Bu səbəbdən Cənubi Qafqaz üçün yeni yanaşmaya, gündəliyə ehtiyac var. Məhz bu baxımdan regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edən əsas faktordur. 30 illik işğala, dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə yönəlmiş addımlar atır. Ölkəmiz vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırır. Bu səbəbdən də bölgə üçün fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılması artıq bir zərurətə çevrilib”.

Məlahət İbrahimqızına görə, Azərbaycan tək bölgə üçün deyil, qlobal müstəvidə də bir sıra əhəmiyyətli layihələrin müəlifi və iştirakçısıdır:

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol alıb. Ölkəmiz bir sıra dövlətlərin əhəmiyyətli layihələrində yer alır. Dövlətimizin milli maraqlarına uyğun olan starteji əhəmiyyətli layihələrdə işrikakı təmin olunub. Bu baxımdan Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü fəal şəkildə dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb. Mühüm təşəbbüsün reallaşması üçün Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar qurulub.

Beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq da ölkəmizin inkişafına mühüm töhfələr verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər