25 May 2021 11:46
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiya dövründə ən müsbət addımlardan biri aztəminatlı tələbələrin təhsil haqqının dövlət tərəfindən qarşılanması oldu. Qeyd edim ki, bu istiqamətə büdcədən ayrılan vəsaitin 26 milyon manatı xərcləndi. Nəticədə 20 800 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənildi. Bu olduqca müsbət hadisədir və dəstəklənməyə layiqdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

İqtisadçı əlavə edib ki, bu il də aztəminatlı ailələrdən çıxan tələbələrin təhsil haqqını dövlət qarşılayacaq:

“Bu prosesin davam etdirilməsi olduqca müsbət hadisədir. Bakalavr pilləsində təhsil alan aztəminatlı tələbələr problem yaşamayacaq”.

Bununla belə deputat təklif edib ki, pay torpaqları məsələsinə yenidən baxılsın:

“Kiçik torpaq sahələrindən əldə olunan gəlirlər ehtiyac meyarından (170 manat) aşağıdır. Heç olmasa 5 hektardan az torpağı olan ailələrdəki tələbələrin də təhsil haqqının dövlət tərəfindən ödənilməsi çox müsbət hadisə olardı. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni araşdırsın”.


Müəllif: Nemət

Oxşar xəbərlər