26 May 2021 15:50
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün birmanlı olaraq Azərbaycan cənab Prezident İlham Əliyevin iradəsi, əzmi ilə regional və qlobal səviyyədə aparıcı mövqeyə sahibdir. Azərbycan Cənubi Qafqazda inkişaf edən, getdikcə öz ətrafında iqtisadi və siyasi güc mərkəzi yaradan bir dövlətə çevrilib. Bu gün ölkəmiz bölgənin və dünyanın çox əhəmiyyətli, nüfuzlu bir dövlətidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycana olan maraq 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra daha da artıb:

“Dünya Azərbaycanın gücünə, strategiyasına şahidlik etdi. Çünki dövlətimizin həyata keçirdiyi siyasət məhz bölgədə sülhün, təhlükəsizliyin həyata keçirilməsinə xidmət edib. Ölkəmiz eyni zamanda beynəlxalq birliyin Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı çıxardığı qərarları təkbaşına icra edib. Bununla da Azərbaycan beynəlxalq hüquqa, verilən qərarlara nə dərəcədə sadiq olduğunu bir daha nümayiş etdirib. Dünya birliyi də bir daha əmin oldu ki, Azərbaycan ən etibarlı və ciddi bir tərəfdaşdır, dünyada öz mövqeyi və gücü ilə seçilən bir dövlətdir. Cənab Prezident “Bir qarış torpağımızı belə erməni işğalında qoymayacayıq” prinsipini dünyanın gözü qarşısında öz gücü hesabına həll etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyi bacardı”.

Jalə Əliyeva vurğulayıb ki, Azərbaycan hər zaman dünyada sülhə ,təhlükəsizliyə töhvə verən ölkə olub:

“Ərazilərimizin sülh danışıqları yolu ilə geri qaytarılması istiqamətində aparılan uzunmüddətli danışıqlar bunu təsdiqləyir. Amma bu danışıqlar artıq əhəmiyyətsiz olduğu məqamda Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Azərbaycan ərazilərini işğaldan azad etdiyi andan etibarən bərpa, quruculuq işlərinə başlamaqla buraların əsl sahibinin kim olduğunu da dünyaya bəyan etdi. Bu gün işğaldan azad edilən bütün ərazilərdə tikinti, quruculuq işləri həyata keçirilir. Ağır pandemiya şərtlərinə baxmayaraq, Azərbaycan dövləti öz iqtisadi imkanları hesabına ərazilərində bərpa işlərini ardıcıl icra edir”.

Deputat qeyd edib ki, dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən 28 May - Respublika Günü münasibəti ilə cənab Prezidentə göndərilən təbrik məktublarında Azərbaycanın artan nüfuzu bir daha vurğulanır:

“ABŞ və digər dünyada güclü nüfuza malik olan dövlət rəhbərlərinin təbrik məktublarında ölkəmizin regional və qlobal müstəvidə rolundan bəhs olunur. Sözsüz ki, bu yanaşmalar cənab Prezidentin uğurlu siyasəti sayəsində mümkün olub. Eyni zamanda bu cür yüksək səviyyəli münasibətlər Azərbaycanın artan beynəlxalq nüfuzundan, dövlətimizin regional və qlobal müstəvidə aparıcı mövqeyindən xəbər verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər