27 May 2021 12:03
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa şəhəri Azərbaycanın siyasi, hərbi və mədəniyyət tarixində mühüm və müstəsna rol oynayıb. XVIII əsrdən başlayaraq Şuşa şəhəri Qarabağ torpağının taleyində əhəmiyyətli rola malik olub. Bu gün də elədir. Şuşa təkcə Azərbaycana deyil, dünyaya böyük şəxsiyyətlər bəxş edib. Şuşa memarlıq nümunəsi kimi də tarixə düşüb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat əlavə edib ki, bunları təsadüfən xatırlatmır: “Erkin Qədirlinin hüquqşünas kimi yanaşması şəxsi fikridir. Qanunun preambula hissəsində qeyd edilməlidir ki, Şuşa XVIII əsrdən başlayaraq Azərbaycanın mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. Preambula hissəsində yazılmalıdır ki, musiqi, ədəbiyyat, mədəniyyət sahəsində verdiyi xidmətləri nəzərə alaraq, bu ənənəyə söykənərək belə qanun qəbul edilir. Məncə, bu qanunu daha da gücləndirir”.

F. Ağamalı qanunun 3 maddəsinə ayrıca bənd kimi Şuşada Mədəniyyət və İncəsənət Universitetinin filialının təsisinin salınmasını təklif edib: "Bakıya gəlib təhsil alan istedadlı tələbələrin Şuşa şəhərində təhsil alması daha gözəl olardı".

Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan ordusunun 44 gündə yazdığı tarix Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib: “Gələcək nəsillər bunu daim qeyd edəcək, əbədiləşdirəcək. Təklif edirəm ki, Şuşanın ən görkəmli yerində silahlı qüvvələrimizin xatirə kompleksi yaradılsın”.


Müəllif: Nemət

Oxşar xəbərlər