Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasıdır. 81 deputat mənə növbədənkənar sessiyanın keçirilməsi üçün müraciət edib. Mən də bununla bağlı sərəncam imzalamışam. İyun ayında bizim növbədənkənar iclaslarımız olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
Spiker yaz sessiyasında parlamentin gördüyü işlərlə bağlı məlumat verib.