Ermənistan hərbçiləri tərəfindən Kəlbəcər rayonunda törədilmiş son təxribat ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən pislənməli, Ermənistanın rəhbərləri isə Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdikləri üçün məsuliyyətə cəlb olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistan ordusunun Azərbaycan ərazisindəki təxribatlarını dərhal mühakimə etməlidir: "Ermənistanda hökumətdə təmsil olunan partiyaların böyük əksəriyyəti sərhədyanı təxribatları daxili təbliğat məqsədilə istifadə edirlər ki, diqqəti mövcud sosial problemlərdən, iqtisadi böhrandan, işsizlik səviyyəsindən, narkotik və insan ticarətindən və digər məsələlərdən yayındırsınlar. Ermənistanı rüşvətxor avtokratlar idarə edir. Onların öz vətəndaşlarını yaxşı həyatla təmin etmək bacarıqsızlığı hərbi təxribatlara əl atmağa vadar edir".