4 İyun 2021 14:50
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin qardaş Türkiyəyə səfəri çox yüksək səviyyədə həyata keçirildi. YAP nümayəndə heyəti ilə qardaş ölkənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) arasında bir sıra mühüm görüşlər keçirildi. Eyni zamanda AKP-nin digər strukturları ilə mühüm söhbətlər aparıldı. Həmçinin hər iki partiyanın rəhbər heyəti arasında da səmərəli görüşlər baş tutdu.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, qardaş ölkənin hakim partiyası ilə səmimi və işgüzar şəraitdə bir çox məsələlər müzakirə olunub: “YAP regionun güclü və monolit partiyasıdır. Hakim partiya olaraq digər qonşu dövlətlərin siyasi təşkilatları ilə də əlaqələrin yüksək səviyyədə qurulmasında maraqlıdır. Məhz qardaş dövlətin hakim partiyası ilə də ilk dəfə olaraq niyyət protokolu imzalandı. Qardaş Türkiyədə ən nüfuzlu və iqtidar partiyası olan AKP ilə YAP arasında əlaqələr bundan sonra daha aktiv bir formada inkişaf edəcək. İki qardaş dövlət arasındakı əlaqələrdə mövcud siyasi təşkilatların da aktiv rol alması mühüm amil hesab olunur”.

Sevin Hüseynova bildirib ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın YAP nümayəndə heyətini qəbul etməsi və səmimi söhbət aparması mühüm hadisə idi: “Hər iki hakim partiya bundan sonra daha sıx münasibətlər qurmaqda maraqlıdır. Qardaş dövlətləri təmsil edən siyasi təşkilatların bundan sonra eyni platformadan çıxış edəcəyi fikri önə çəkildi. Siyasi partiyaların cəmiyyətlər arası əlaqələrin inkişafında mühüm rolu diqqətə çatdırıldı. Cənab Rəcəb Tayyib Ərdoğanın da fikirləri məhz bundan ibarət idi ki, bundan sonra əlaqələrimiz daha sıx və qarşılıqlı formada qurulsun, inkişaf etsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər