İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami iyunun 8-9-da Azərbaycanda səfərdə olacaq.
Bu barədə Teleqraf.com-a İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
İranlı nazir yüksək səviyyəli heyətin müşayiəti ilə Naxçıvanda, sonra isə Bakıda görüşərək danışıqlar aparacaq.
İki günlük səfərin əsas məqsədi yol və dəmiryol yükdaşımaları sahəsində iki ölkənin birgə layihələri üzrə yekun razılaşmaların əldə olunmasıdır.