Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla Yavuz Səlim Kıran arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yavuz Selim Kıran Tvitter hesabında məlumat yayıb.
“Ölkəmizdə qonaq olan Azərbaycan xarici işlər nazirinin müavini, dəyərli qardaşım Xələf Xələfovla işgüzar naharda bir araya gəldik. Hər zaman Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Birlik harada, dirilik orada!”, - deyə Kıran qeyd edib.
Görüş zamanı ikitərəfli münasibətlər və cari regional məsələlər müzakirə edilib.