10 İyun 2021 15:15
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 10-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Tərəflər Ermənistandakı vəziyyəti, Qarabağ məsələsini, 2020-ci il noyabrın 10-dan sonra Azərbaycan ərazisinə təxribat-diversiya törətmək məqsədi ilə keçdikləri üçün tutulan erməni hərbçilərlə bağlı məsələni müzakirə ediblər.

Qeyd edək ki, F.Riker Yerevandan əvvəl Tbilisi və Bakıda səfərdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər