10 İyun 2021 22:42
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əhəmiyyətli yarışa ev sahibliyi etməsi, ölkəmizin gücünü, qüdrətini və dünya ölkələrinin bizə olan etibarının göstəricisidr".

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, bu günə qədər Azərbaycan idman dövləti olaraq tanınıb: "İndiyədək ölkəmiz bir sıra möhtəbər tədbirlərə ev sahibliyi edib. Eləcə də idmançılarımız xaricdə olan bütün möhtəbər tədbirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Bu da sözün həqiqi mənasında ölkəmizin idman dövləti kimi tanınmasında mühüm töhfə verib. Azərbaycan bir çox beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib ki, nəticədə bu sahədə böyük təcrübə toplayıb. Məhz bu cür tədbirlərin təşkili ölkəmizin sağlam həyat tərzinin dünyada təbliği baxımından da əhəmiyyətlidir".

Deputat qeyd edib ki, beynəlxalq yarışlar bir qayda olaraq ölkə turizminin inkişafına əhəmiyyətli təsir göstərir: "Azərbaycanda 2021-ci il Futbol üzrə Avropa çempionatın dörd oyunun keçirilməsi bizi çox sevindirir. İlk növbədə keçiriləcək yarışlar Azərbaycanın turizminin inkişafına böyük töhfə verəcəkdir. Bundan əlavə, televiziya vasitəsilə yayımlanan yarış futbolsevərlər tərəfindən kütləvi şəkildə izlənəcək ki, bu da ölkəmizin bir növ tanınmasına xidmət edir.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, qardaş Türkiyənin milli komandası iki oyunu Azərbaycanda keçiriləcək.

İstənilən halda bu cür möhtəbər tədbirlər Azərbaycanda keçirilməsi böyük uğurdur. Bu, Azərbaycanın doğru yolda inkişaf etdiyini və regionda diktə edən ölkə olduğunun əsas göstəricisidir.

Ən böyük arzularımızdan biri tezliklə Qarabağın dirçəlməsi və orada bu cür beynəlxalq tədbirləri təşkil etməkdən ibarətdir. Dünya azarkeşləri idman yarışlarını Qarabağda izləsinlər".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər