11 İyun 2021 12:22
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq marafonuna start verdi. Bu marafonun məqsədi bu ilin sonunadək şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının məşğulluğunu təmin etməkdən ibarətdir. Hər bir şirkət buna təşəbbüs göstərərsə, həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin edə bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, əgər hər müəssisə 3 şəhid ailəsini, müharibə veteranını, qazini işlə təmin edərsə, bu problem qalmaz: “Mən bütün şirkətlərə, dövlət təşkilatlarına, iş adamlarına, deputatlara müraciət edirəm ki, gəlin bu marafona qoşulaq. Marafon ilin sonunadək davam edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər