11 İyun 2021 13:03
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu qanun layihəsinin birinci oxunuşu zamanı suallar səsləndirdim, ancaq cavab almadım. Musa müəllim burada vacib məlumat dedi. Bildirdi ki, əhalimizin 7 faizi 65 yaşından yuxarıdır. Başqa sözlə, 7 faiz əhalimiz pensiya alır. Bu, onu göstərir ki, orta ömür aşağıdır. Deməli, pensiya yaşını aşağı salmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bir çox həmkarım qanun layihəsini mütərəqqi layihə kimi təqdim edir:

“Məlum olur ki, əmək qabiliyyətini 31-60 faizə qədər itirənlər I, 61-80 faiz itirənlər II, 80 faizdən 100 faizə qədər itirənlər III qrup əlil adlandırılacaq. Biz bilmirik ki, II qrup əlillik almaq üçün vətəndaş əmək qabiliyyətinin neçə faizini itirməlidir”.

Q. Həsənquliyev qeyd edib ki, bu qanun layihəsi ilə yanaşı maliyyə əsaslandırması da təqdim olunmalı idi:

“Bilməliyik ki, bu qanunun qəbul edilməsi ilə əlillərin sayı artacaq, yoxsa azalacaq, real vəziyyət nədən ibarət olacaq və biz nəyə səs verəcəyik. Nəzərə alın ki, sabah biz seçicilərlə görüşə gedəcəyik və suallarla üzləşəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər