Daha bir uğura imza atıldı. Bir neçə ay əvvəl cənab Prezidentimiz İlham Əliyev çıxışlarının birində demişdi ki, Ermənistan bizə bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Dövlət başçımız dedi və etdi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Professor qeyd edib ki, Ermənistan işğal illərində Ağdam rayonunda basdırdığı minaların xəritəsini verməyə məcbur edildi:
“Bundan sonra Ağdamda dirçəliş işləri daha sürətlə gedəcək və sakinlər dədə-baba torpaqlarına tez qayıdaraq təhlükəsiz şəraitdə yaşaya və təsərrüfat işləri ilə məşğul ola biləcəklər”.
Deputat bildirib ki, dövlətimiz üçün vətəndaşın təhlükəsizliyi və maraqları hər şeydən üstündür”.