Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik sazişi Rusiyaya qarşı çevrilməyib.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert hər iki ölkənin Rusiya ilə yaxın əlaqələrinin olduğunu bildirib:
“Azərbaycan və Türkiyə prezidentləri - Əliyev və Ərdoğan Şuşada müttəfiq münasibətlərinə dair bəyannamə imzaladılar. Ərdoğan Baydenlə görüşdükdən dərhal sonra ora uçdu. Şuşa Bəyannaməsi Rusiyaya qarşıdır? Yox. Hər iki prezidentin Rusiya ilə dostluq münasibətləri var. Eyni zamanda Rusiya, Türkiyə və Azərbaycanla birlikdə Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır, bu barədə tərəflər çox danışıblar. Biz Azərbaycan və Türkiyədən Avrasiya İqtisadi Birliyinə qoşulması üçün addımlar gözləyirik”.