17 İyun 2021 12:44
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan bir neçə ildir ki, lojistik mərkəzə çevrilmək üçün ciddi addımlar atır. Şimal-Cənub, habelə Şərq-Qərb dəhlizi Azərbaycan üzərindən keçir. Azərbaycan yeni lojistik proyektlərə kifayət qədər yatırımlar edib. İndiki halda yeni kolidorun-Zəngəzur dəhlizinin açılması Azərbaycanın əhəmiyyətini bir qədər də artıracaq”.

Bu sözləri Teleqraf.com-a Respublikaçı Alternativ Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli deyib.

O hesab edir ki, Naxçıvanı Azərbaycanın digər regionları ilə birləşdirəcək yeni dəhlizin açılması bütün region ölkələri üçün pozitiv fürsətlər yaradacaq:

“Hətta Ermənistanın özü üçün də. Sadəcə 44 günlük müharibənin nəticələri Ermənistanda tam həzm edilməyib. Bu səbəbdən də Ermənistanda iqtisadi perspektivlərə baxa bilmirlər, əvəzində revanşist yanaşmalar irəli sürürlər. Yəni Zəngəzur dəhlizinin açılması onlara da xeyirdir. Sözsüz ki, daha çox Azərbaycana xeyir olacaq. Bu halda Türkiyədən Orta Asiyaya qədər böyük yol yaranır ki, bu yolun əhəmiyyətli məntəqəsi də Azərbaycandır".

Natiq Cəfərli bildirib ki, Zəngəzur dəhlizinin açılması əslində zaman məsələsidir:

“Məncə, bunun qarşısını almaq mümkün olmayacaq. Ermənistan tərəfindən bu istiqamətdə verilən açıqlamaları mənasız hesab edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər