17 İyun 2021 15:34
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Paşinyanla Köçəryan eyni bostanın tərəvəzidir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

“Köçəryan Azərbaycanı qıcıqlandırmamağı məsləhət görür və Vətən müharibəsinin başlamasını görməmiş Paşinyanın sarsaq hərəkətləri ilə izah etməyə çalışır. Guya belə olmasaydı, danışıqlar hələ azı 30 il də davam edə bilərdi. Unudur ki, bir vaxtlar özü də sifətinə ağıllı ifadə verməyə çalışaraq ədalı şəkildə siyasət qrossmeysteri Heydər Əliyevə Cənubi Qafqazda yeni reallıq yarandığı və Azərbaycanın vəziyyətlə barışmaqdan başqa yolunun olmadığı haqda vəz edirdi. Bu mənada Paşinyanla ikisi də, eyni bostanın tərəvəzidir. Sadəcə o vaxtdan hazırlanan dəmir yumruq Paşinyan və Köçəryan-Sərkisyan cütlüyünün yaman günə qoyduğu Ermənistan adlı psevdodövlətin başına bizim günlərdə endi. Yaxşı ki, Köçəryanla əlaltıları cəhənnəmə vasil olmayıb, özləri də bunu gördülər”, - səfir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər