17 İyun 2021 14:52
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Zəngəzur layihəsini çox vacib sayırıq və dəstəkləyirik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, açılacaq dəhliz bütün bölgə üçün çox vacib bir fürsət olacaq:

“İndiki andan etibarən Rusiya tərəfində fikir ayrılığı və ya bu işi təxirə salmaq niyyəti olduğunu düşünmürəm. Əksinə, Rusiya burada daha faydalı bir atmosferdədir. Həm qardaşım İlham Əliyevin, həm də yaxınlarda mənim cənab Putinlə ikitərəfli görüşüm olacaq. Əlbəttə, biz burada bir məsələyə diqqət edirik. Bu da 5 illik anlaşma ilə bağlıdır. Bu 5 illik razılaşma çərçivəsində bu addımı atmaq istəyirik.

Bu platforma məsələsi haqda ("Altılıq"dan söhbət gedir-red.) dünən də danışdım, bu gün də deyirəm. Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan və İrandır. Üstəlik, Gürcüstanın və Ermənistanın da burada olmasını istəyirik. Rusiya da bunu istəyir.

Bu yaxınlarda Gürcüstanın baş naziri ilə bu barədə danışdıq. Məsələləri konkret olaraq ona çatdırdım, dedi ki, bunun üzərində işləyək. Onları bu şəkildə yola saldıq. Bu platformaya müsbət dəstək versələr, bölgənin çox sürətlə sabitləşəcəyini düşünürəm.

Bu marşrut Azərbaycan üçün böyük imkanlar yaradacaq. Əlbəttə, Ermənistana da böyük üstünlüklər verəcək. Rusiyanın da məsələyə müsbət baxışı var. Çünki bu vacib bir dəhliz, vacib bir xətdir. Ümid edirəm ki, bölgənin kənd təsərrüfatına çox ciddi zənginlik gətirəcək.

Başqa sözlə, bölgəyə həm də kənd təsərrüfatı dəhlizi kimi nəfəs aldıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu