17 İyun 2021 15:57
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyənin Liviyada neftlə bağlı fəaliyyətlərinə dəstək verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda TANAP və TAP-la bağlı Azərbaycanla həmrəyliyimiz var. Bunun xaricində bəlkə də yeni prosesə qədəm qoya bilərik. Bu nə ola bilər? Məsələn, hazırda türk nefti ilə əlaqədar bir qurumumuz var. Bu qurumla yanaşı, necə ki, TAP və TANAP-la bağlı bir yerdəyiksə, qardaşım İlham Əliyevlə birgə Liviyada da belə bir addım ata bilərik. Bu məsələlərdə müəyyən bilik və təcrübəyə sahibdirlər. Bu baxımdan, bəzi addımlar atmaq da mümkündür. Mən ona bu təklifi verdim. Belə bir şeydən məmnun olacağını və özləri də belə bir addım ata biləcəklərini söylədi. Ümid edirəm ki, bu addımları birlikdə ataraq nəinki Avropaya açılmaq, həm də öz ölkəmizdə olduğu kimi digər ölkələrə doğru da genişlənmək fürsəti tapacağıq”, - Ərdoğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər