Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyasında çıxışında Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələrini verməsinin zəruriliyi məsələsini vurğulayıb.
Teleqraf.com xəbər verir ki, Mariya Peyçinoviç-Buriç qeyd edib ki, keçmişdə konfliktin olduğu regionda minaların qalması insan həyatına çox təsir edir: “Unudulmamalıdır ki, mina xəritələrinin əldə olunması və onların ərazidən təmizlənməsi çox vacibdir. Əks təqdirdə, bura insanların geri qayıtması və orada yenidən həyat qurması üçün uyğun olmayacaq".
İspaniya Azərbaycanlıları Birliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
Ceyhun Bayramov Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpla görüşüb
Vaşinqtonda 28 May - Respublika Günü qeyd edilib - FOTO
Hazırda hərbi əsirlərlə bağlı narahatlıqların da olduğunu bildirən Baş katib Avropa Şurasının Azərbaycanla Ermənistan arasında əsirlərin və mina xəritələrinin mübadiləsini alqışladığını vurğulayıb: "Bu, demək olar ki, iki dövlət arasında ilk simvolik və çox vacib humanitar və insani reaksiyadır. Ümid edirəm ki, gələcəkdə bunlar davam edəcək".