23 İyun 2021 20:26
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan çalışacaq ki, daim Qərbdən dəstək qazansın. Məncə, riyakarlıq edəcək. Moskvada bir cür, Qərb ölkələrində başqa cür danışacaq. Onun siyasətinin mahiyyəti Rusiyanın dəstəyini itirmədən Qərblə əməkdaşlıq etməkdir. Özü bilir ki, Rusiyanın dəstəyi olmadan heç nəyə nail ola bilməz”.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanda parlament seçkilərində qalib gələn Nikol Paşinyanın Rusiya və Qərb arasında menevr imkanlarını Teleqraf.com-a şərh edərkən deyib.

Deputat hesab edir ki, hazırda Ermənistanın maliyyə baxımından yeganə ümid yeri Qərb ölkələri və institutlarıdır.

Onun sözlərinə görə, Paşinyan yalnız Qərbdən maliyyə dəstəyi ala bilər: “Seçkidən əvvəl Nikol Paşinyan Fransa və Belçikaya səfər etmişdi. Orada da zarıyırdı. Açıq deyirdi ki, Mixail Saakaşviliyə 2008-ci ildən sonra görün nə qədər maliyyə ayırmışdınız, bizə ancaq “molades” deyirsiniz, əlinizi cibinizə salmırsınız. Bütün bu zarıldamaqlara baxmayaraq inanmıram ki, Paşinyan Ermənistana geniş maliyyə cəlb edə bilsin. Bu işdə onun dəstək alacağı görünmür”.

Rasim Musabəyov əlavə edib ki, əgər Paşinyan Qərbdən maliyyə dəstəyi ala bilməsə, deməli vəziyyəti gərgin olacaq: “Əlbəttə, ona asan olmayacaq. Ancaq Paşinyan sübut etdi ki, təsadüfi biri deyil, çox üzlü adamdır və asanlıqla hakimiyyəti verməz”.


Müəllif: Nemət

Oxşar xəbərlər