24 İyun 2021 16:46
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Rusiya prezidentlərinin telefon müzakirələri normal haldır. Bəllidir ki, iki ölkə prezidenti arasında yaxşı münasibətlər var. İşçi qaydasında belə müzakirələr tez-tez olur. Təbii ki, hər bir tərəf də təmsil etdiyi ölkənin maraqlarından çıxış edir. Rusiya mahiyyətinə görə heç nəyi bölmək istəməyən dövlətlərdəndir, ancaq Azərbaycan prezidenti də ölkəsinin maraqlarını qorumağı çox yaxşı bacarır”.

Bunu Teleqraf.com-a “Ayna-Zerkola” qəzetinin təsisçisi Elçin Şıxlı dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon müzakirəsini şərh edərkən deyib.

Elçin Şıxlı əlavə edib ki, Rusiyanın imkanı olsa ətrafındakı ölkələrlə danışıqlar aparmadan istəklərinə nail olardı: “Amma dövlət başçıları arasında danışıqlar olmalıdır. Son danışıqlarda 10 noyabrda imzalanan üçtərəfli razılaşma da müzakirə edilib. Aydındır ki, bu razılaşmanın bir sıra müddəaları yerinə yetirilmir. Məsələn, erməni ordusunun, eləcə də silahlı birləşmələrin tamamilə ərazidən çıxarılması müşahidə edilmir. Həmçinin Araik Arutyunyan kimi cinayətkar və caninin Azərbaycan tərəfinə verilməməsi, rahat ora-bura getməsi, sülhməramlı kontingentin kommunikasiya xətlərinin açılması üçün fəaliyyətsizliyi narahatlıq doğurur. Ümumiyyətlə, sonuncu məqamla bağlı yalnız açıqlamalar verilir, ortada real fəaliyyət yoxdur. Əminəm ki, Azərbaycan tərəfi bu və digər məsələləri qaldırıb. Aydındır ki, elə müzakirələr olur bu, ümumiyyətlə açıqlanmır. Dövlətlərarası münasibətlərdə belə hallar da normaldır”.


Müəllif: Nemət

Oxşar xəbərlər