Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəliblər.
Teleqraf.com-un məlumatına görə, bu barədə B.Auresku "Twitter"də yazıb.
B.Auresku qeyd edib ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı dörd görüş keçiriləcək:
"Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır, ikitərəfli dialoqumuzda geniş potensial var".