"Bəziləri deyirlər ki, insanlar dərhal işğaldan azad edilən ərazilərə köçürülməlidir. Hesab edirəm ki, bu, əsassız yanaşmadır. İnsanlara yalançı vədlər vermək, onları bu istiqamətə çəkmək təxribatdır. Yalnız Ağdamla bağlı əldə olunan xəritələrdə 97 min mina basdırıldığı ortaya çıxıb. Ermənistan rəsmiləri də açıq deyirlər ki, çox az bir hissənin xəritəsini veriblər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov səsləndirib.
O bildirib ki, insanları ora köçürməzdən əvvəl təhlükəsizliyi tam təmin etmək lazımdır:
“Belə kampaniya aparmaq yolverilməzdir. Bu adamlar, bəzi müxalifət rəhbərləri bir şəhidin, qazinin evini ziyarət etməyib, amma belə kampaniya aparırlar.
Ərazilər minalardan təmizlənmədən biz insanları ora göndərə bilmərik. Mən burada işğaldan azad edilən ərazilərimizin sakinlərinə çağırış edirəm ki, onlara inanmasınlar”.