25 İyun 2021 14:10
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan arasında barışığın əldə edilməsi və “Şərq tərəfdaşlığı”nın möhkəmləndirilməsi ilə bağlı növbəti addımlarla əlaqədar Azərbaycan rəhbərliyi ilə yaxşı danışıqlarımız oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin üzvü, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin adından Aİ-nin Azərbaycanla daha sıx qarşılıqlı əlaqələr qurmaqda maraqlı olduğunu bildirdik”, - nazir əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəliblər. Onlar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşüblər. Nazirlər Yerevan və Tbilisiyə də səfər edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər