28 İyun 2021 23:19
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqaz bölgəsinə səfərim çox faydalı oldu və son hadisələrdən geri qalmamağa imkan verdi”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Romada keçirdiyi görüşdən sonra deyib.

O, regionun ABŞ üçün prioritet olduğunu bildirib: “Biz müntəzəm dialoq və müzakirələri davam etdirəcəyik”.

Qeyd edək ki, ABŞ rəsmisi bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər