2 İyul 2021 13:00
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiymətlər qalxır, qazın qiyməti də qalxıb, pensiyaçıları düşünmək vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Qiymətlər qalxır, qazın qiyməti də qalxıb. Çalışırıq bunu sanki camaatın xeyrinə olduğunu əsaslandıraq. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir.

Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”, - Həsənqulioyev vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər