5 İyul 2021 13:30
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməsi ilə Cənubi Qafqazda terrora, separatizmə sarsıdıcı zərbə vurub. İndi isə azad olunmuş Azərbaycan ərazilərində zəruri infrastruktur layihələri reallaşır. Bu prosesə başlıca maneə yaradan amil 30 il müddətində ermənilərin Azərbaycan ərazilərinə basdırdığı minalardadır. 10 noyabrdan sonra əldə olunmuş razılaşmaya əsasən minalı ərazilərin xəritəsi təqdim olunmalı idi. Amma Ermənistan minalı ərazilərin xəritəsini təqdim etməməklə “Böyük Qayıdışa” maneə olmaq, daha çox insan tələfatına yol açmağı düşünür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib: “Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında da əhəmiyyəti danılmazdır. On minlərlə Azərbaycan vətəndaşının, o cümlədən minatəmizləyənlərin həyatı təhlükədən xilas ediləcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısı tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin icrası sürətlənəcək. Məcburi köçkün soydaşlarımızın tezliklə doğma torpaqlarına qayıtmalarına imkan yaranacaq”.

Millət vəkili hesab edir ki, Füzuli və Zəngilanda 92 min minanın basdırılması erməni vandalizminin daha bir açıq nümunəsidir: “Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə reallaşdırılır. Bu rayonun strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu rayonun ərazisindən keçməsi də mina xəritələrinin alınmasının nə qədər zəruri olduğunu göstərir”.

Cavid Osmanova görə, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin olunmuş cəza müddəti bitmiş 15 nəfər erməninin Ermənistana təhvil verilməsi dövlətimizin növbəti humanist yanaşmasıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər