7 İyul 2021 11:20
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Palata iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb.

Təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, eləcə də Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə iştirak ediblər.

Tədbirdə palatanın məqsədləri ilə bağlı məlumat verilib. Bildilib ki, Pakistan və Azərbaycanın investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanınması səviyyəsini artırmaq, iki ölkə arasında ticarəti və investisiya qoyuluşunu asanlaşdırmaq və genişləndirmək, mövcud iş mühitini təhlil edilməsi və iki ölkədəki tənzimləmə bazası barədə müəssisələrin məlumatlandırılması PAKAZCHAM-ın əsas məqsədlərdəndir. Bundan əlavə bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənilməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi və onlara üzvlük təklif etmək üçün Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq edilməsi məqsədlərə daxildir.

Tədbirdə həmçinin qeyd olunub ki, iki ölkə arasındakı illik ikitərəfli ticarət real potensialdan aşağıdır. Palatanın iki ölkənin iş cəmiyyətlərinin təmsilçiliyi ilə ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata, iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün çox ehtiyac duyulan daimi bir platforma təmin edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər