8 İyul 2021 16:02
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva səfərini əslində Nikol Paşinyanın manipulyasiyası da adlandırmaq olar. Paşinyan Rusiya ilə yaxınlıq nümayiş etdirmək, onlara sədaqətli olduğunu göstərmək istəyir. Bundan sonrakı siyasətini Rusiya ilə sıx əməkdaşlıq şəraitində aparacağını, Rusiyadan təlimatlar almaq həvəsində olduğunu nümayiş etdirməyə çalışır”.

Bunu professor Qabil Hüseynli Nikol Paşinyanın Moskva səfəri haqqında Teleqraf.com-a şərh edərkən deyib.

Onun fikrincə, Paşinyan yeni erməni hökumətinin qurulması məsələsində də Kremlin fikirlərini əsas kimi götürəcəyini göstərib:

“Yəni müdafiə, xarici işlər, milli təhlükəsizlik və digər mühüm dövlət postlarını Rusiya ilə razılaşdırır. Məncə, bütün bunlarla yanaşı Paşinyan həm də avtoritar siyasət aparacağını bəyan edir, Rusiya ilə əlaqələri gücləndirəcəyini elan etməklə Moskvanın xoşuna gəlməyə çalışır. Üstəlik Rusiyanın Zəngəzurda ikinci hərbi bazasını yaratdı. Orada tikinti işləri tədricən başa çatır, infrastruktur qurulur. Ermənistan faktiki rus qoşunları ilə doludur. Hesab edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən diqqətə alınmalı məsələlərdir”.

Professor qeyd edib ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq daxil olmaqla bütün istiqamətlərdə yaxınlaşmaya qarşı Rusiya və Ermənistan narahatlıq duyur:

“Gec-tez razılaşmalıdırlar ki, Türkiyə bölgədə oturub, onun atdığı addımlar həlledicidir. Buna gələcəkdə digərləri də qoşula bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər