9 İyul 2021 09:23
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan bir əlində iki qarpız tuta bilməz. Ya Rusiyaya yıxılmalıdır, ya da Qərbə. Bu konteksdə Ermənistanın vəziyyəti mürəkkəbdir. Əslində Ermənistan atacağı addımı atıb, ancaq o da yarımçıq qalıb. Odur ki, uzun müddət Ermənistanda nə siyasi stabillik yaranacaq, nə də inkişaf müşahidə ediləcək”.

Bunu Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov Ermənistanın bir dövlət kimi perspektivlərini qiymətləndirərkən bildirib.

O hesab edir ki, Ermənistanda kasıblıq artıqdca əhali ölkədən gedəcək:

“Bu gün Ermənistan əhalisini saxlayan əslində Qərbdir. Ermənistana milyardlarla yardım edirlər. Ermənilər də bunun hesabına nəfəs alırlar. Ancaq zaman bizim xeyrimizə işləyir. Narahat olmağa ciddi əsaslar görmürəm".

Firudin Cəlilov qeyd edib ki, Zəngəzur dəhlizi nəhayətdə fəaliyyət üçün açılmalıdır:

“Əks təqdirdə biz Laçın dəhlizini qapadacağıq. Bu halda ermənilər məcbur olub Zəngəzur dəhlizini açacaqlar. Erməni toplumunun psixologiyasını bilən biri kimi deyirəm ki, hər zaman onlara psixoloji təzyiq etmək lazımdır. Eləcə də yazmaq, bəyanatlar vermək, çıxışlar etmək... Yəni ermənilərə qarşı mübarizəni bir an belə dayandırmaq olmaz. Lazım gəldikdə silahdan da istifadə edilməlidir. Bizim üçün ən vacibi Azərbaycan dövlətinin maraqlarıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər