Yeni iqtisadi rayonların yaradılması ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncam mühüm tarixi əhəmiyyətə malikdir. Bu addımın atılması tarixi Azərbaycan ərazilərində yeni iqtisadi, sosial reallıqların gündəmə gətirilməsini özündə ehtiva edir. Bir daha nümayiş olunur ki, Azərbaycan öz ərazisində və mövcud olduğu coğrafiyada söz sahibir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib:
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə və digər iqtisadi zonalara bölünmüş bölgələrdə yeni inkişaf mərhələsinin müəyyənləşdirən tarixi bir addım atılıb: “Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi ölkəmizin yeni gesosiyasi strateji hədəflərini bir daha ortaya qoymuş olub. Bu gün cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə zərururi infrastrukturun yaradılması ilə bərabər sosial siyasətin tərkib hissəsi olan mühüm proqramlar da icra edilir. Artıq azad edilmiş ərazilərdə kommunikasiya xətləri çəkilir, infrastruktur layihələri həyata keçirilir”.
Deputat bildirib ki, Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması Azərbaycanın əzəli və tarixi torpaqlarına olan münasibətin göstəricisidir: “qtisadi rayonların bölgüsündə Xankəndinin, Xocalının və Xocavəndin adının əks olunması bir daha Ermənistanda bəzi qüvvələrin, o cümlədən onların havadarlarının spekulyativ yanaşmalara da birdəflik son qoydu. Bir daha təsdiq edildi ki, bu torpaqlar Azərbaycana məxsusdur”.
Cavid Osmanova görə, Prezident İlham Əliyev imzaladığı fərmanla 98 illik ədalətsizliyə son qoyulub: “1923-cü il 7 iyul tarixində ədalətsiz bir qərar verilərək Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bilirik ki, Zəngəzur, hətta İrəvan Azərbaycanın torpaqları olub. Əlbəttə ki, biz indiki mərhələdə qonşu dövlətə qarşı hər hansı torpaq iddiası demək deyil. Bu sadəcə olaraq cənab Prezidentin Sərəncamı ilə ədalətin bərpası idi”.