9 İyul 2021 16:40
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanla Ermənistan arasında demarkasiya işinin başlanması üçün məsləhətçi yardım göstərməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Dəfələrlə vurğuladıq ki, bu problemin sabit və uzunmüddətli həlli yolu kimi sonrakı demarkasiya ilə Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası işlərinə ən qısa müddətdə başlamağını görürük. Biz lazımi məsləhət dəstəyini verməyə hazırıq və hazırda gərginliyi azaltmaq üçün iki ölkənin xarici işlər və müdafiə nazirlikləri, həmçinin, sərhəd xidmətləri ilə əlaqə saxlayırıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər