ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ümumi mövqe göstərərək, işğaldan azad edilmiş ölkələrə səfər etmək niyyətində deyillər.
Teleqraf.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, bu addım həmsdərlərin Minsk Qrupu çərçivəsində tutduqları mövqeyinin davamıdır:
“Hər bir səfir iki istiqamətdə iş görür - həm rəsmi dairələrlə, həm də ictimaiyyətlə əlaqə yaradır. Onların bu addımından sonra həmin səfirləri izolyasiya etmək lazımdır. Nə rəsmilər onları qəbul etsinlər, nə də onların tədbirlərinə gedək. Bununla da onlara bildirək ki, siz bizə lazım deyilsiniz. Onlar bizə hörmətsizlik edib Şuşaya getmirlər, biz niyə onların rəsmi qəbuluna gedək ki?”