“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, silahlı ermənilər mövqelərimizə qarşı təxribata əl atırlar”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist erməni separatçılarının Şuşadakı mövqelərimizə qarşı əl atdıqları təxribata münasibət bildirib:
“Şuşa ətrafındakı mövqelərimiz atəşə tutuldu, hərbçilərimiz arasında həlak olan və yaralanan yoxdur. Banderloqların, bu məxluqatın avtomatlardan və pulemyotlardan atəş açmaları əslində Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətinin daha bir göstəricisidir. Hadisənin niyə baş verməsinin cavabı da, Qarabağda rusiyalı sülhməramlıların müvəqqəti dislokasiya-nəzarət arealında erməni silahlıların hələ də asudə dolaşmasıdır. Çox rahat, sərbəst şəkildə hərəkət edirlər.
Qarabağlı banderloqlar tam tərksilah edilərsə, onların Xankəndində və hələlik rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdəki saylarının saxta və süni demoqrafik hesabatlar vasitəsilə “normal” göstərilməsindən vaz keçilərək real rəqəmlər açıqlanarsa, gerçək durum bəyan edilərsə, rusiyalı sülhməramlıların heç nəyə lazım olmadığı üzə çıxacaq.
Məhz ermənilərə az qala hamilik edən, “dinc yerli sakinlərin təhlükəsizliyinin təminatı” adı altında qarabağlı ermənilərin əməllərinə göz yuman, onların sarsaq və idiot xəyallara düşməsinə rəvac verən rusiyalı sülhməramlılardır. Əlbəttə “Dəmir yumruq” yerindədir, indi isə “dəmir təpik” başlaya bilər”.